İsayev Rauf Soltanməcid oğlu.
Rauf İsayev 1962- ci il sentyabr ayının 25-də Göyçay rayonunda anadan olub. Birinci sinifə şəhər 1 saylı orta məktəbinə getmişdir.Bu məktəbdə səkkiz il təhsil aldıqdan sonra , 1976-cı ildə Bakıya gəlmiş və 10 saylı texniki peşə məktəbinə daxil olmuşdur. 1981-ci ildə əsgəri xidmətə yollanmışdır. 1983-cü ildə Rauf Bakıya gəlir və məişət kondisionerləri zavodunda çalışır. O , 1986-cı ildə ailə qurmuşdur.
Salyanski
kazarması qarşısında yanvarın 20-nə keçən gecə alın nahiyyəsindən
aldığıgüllə yarasından vəfat etmişdir. İndi Göyçaydakı küçələrdən
biri Rauf İsayevin adını daşıyır. Muradov Mehman Əsəd oğlu.
Muradov Mehman 1961-ci il aprel ayının 27-də Göyçay rayonunda anadan
olub. 1968-ci ildə şəhər 4 saylı məktəbə daxil olmuş , 1976-1977-ci
tədris ilində şəhər 3 saylı orta məktəbini bitirmişdir. 1978-ci
ildə
Politexnik İnstitutuna daxil olmuşdur.1979-1981-ci illər arasında
Macarıstanda hərbi xidmətdə olmuşdur. 1990-cı il yanvarın 20-də
şəhid olmuşdur.Göyçay rayonunda küçələrdən biri Mehman Muradovun
sadını daşıyır.
Qəhrəmanlıq nə
yalnız bir yüksəliş deməkdir,
Nə də günəşlər kimi parlayıb sönməməkdir.
Bunun üçün ölümə bir atılış gərəkdir,
Atıldıqdan sonra da bir daha dönməməkdir.