 |
Göyçay-Azərbaycan Respublikasında şəhər, Göyçay rayonunun mərkəzi. Bakıdan 200 km, Ucar stansiyasından 18 km aralıdır. Bakı-Qazax avtomobil yolu kənarında, Göyçayın sahilində, Şırvan düzünün şimal kənarındadır. Göyçay konyak, süd, meyvə şirəsi zavodları, tikiş fabriki, Kənd Təsərrüfatını Elektrikləşdirmə və Mexanikləşdirmə Texnikumu, texniki-peşə və ümumtəhsil məktəbləri, kütləvi kitabxana, mədəniyyət evi, xalq teatrı, mərkəzi rayon xəstəxanası, uşaq xəstəxanası, vərəm, dəri-zöhrəvi xəstəlikləri dispanseri və s. var. |
Rəsul Rza, Ənvər Məmmədxanlı, Əli Kərim, Əli Səmədli, İbrahim Göyçaylı və s. Göyçayda anadan olmuşdur. Göyçay rayonu Azərbaycan Respublikasının inzibati vahidlərindən biridir. Göyçay rayonu Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, təxminən Bakı şəhəri ilə bir 40'20-40'5 şimal enlikləri və 47'40-48'10 şərq uzunluqları arasında yerləşir.
Göyçay rayonunun ərazisi şimaldan cənuba 23 km qərbdən şərqdə 37 km , sahəsi isə 739 km2-dir.
Göyçay rayonu beş rayonla - şimalda Qəbələ, şimal-şərqdə İsmayıllı, cənub- şərqdə Kürdəmir, cənubda Ucar, qərbdə isə Ağdaşla həmsərhəddir.
Göyçay qəzası-car Rusiyasının Qafqazdakı inzibati islahatına əsasən 1867-ci ilin dekabrında Bakı quberniyası tərkibində yaradılmışdır. Qəzanın mərkəzi Göyçay məntəqəsi idi.
Göyçay qəzasının ərazisi 4988 km2, əhalisi 142,9 min nəfər idi. Qəza əhalisi əsasən tütünçülük, pambıqçılıq, baramaçılıq, maldarlıq və bağçılıqla məşğul olurdu. Qəzada kustar sənayesi sahəsində xalçaçılıq , ağac emalı, ipəkçilik və misgərlik də inkişaf etmişdir. 1878-ci ildə qəzada ilk məktəb təşkil edilmişdir. Burada ərəb ,fars ,rus dilləri ilə yanaşı, ana dili və ilahiyyat dərsləri də keçirilirdi.
Göyçayda ilkin şəhərsalma 1886-96-cı illər ərazisində olmuşdur. 1916-cı ildə isə Göyçaya şəhər statusu verilmişdir. 1929-cu ildə Azərbaycanın rayonlaşması ilə ilə əlaqədar Göyçay qəzası ləğv olunmuşdur.
Göyçay rayonu - Azərbaycan Respublikasında inzibati rayon 1930-cu ildə təşkil edilmişdir.
Mərkəzi Göycay şəhəridir. Rayonda 1 şəhər, 55 kənd var. Rayona Göyçay şəhəri ilə Potu, Ulaşlı –Şıxlı, Hünkütlü, Kürd, Yeniarx, Hacıagabəyli, Xəlitli, Müskürlü, Qəbələ-Müskürlü, Mallı-şıxlı, Ərəbşahverdi, Şəhadət, Qarabaglar, Mirzəhüseynli, Birinci Ərəbşahverdi, İkinci Ərəbşahverdi, Cərəkə, Cəyirli, Ulaşlışıxlı, Kürdəmiş, Qızılagac, Şəkili, Mollahacılı, Məlikkənd, Şıxbəy, Şıxəmir, Kürdşaban, Yenikənd, Çaxırlı, Ləkçılpaq, Qaraman, Yalman, Mırtı, Alıkənd, Qaraxıdır, Şəkər, Veysəlli, Alpout, Bəydövül, İnçə, Aşagı-Qaraməryam, Dövranlı, Alxasafa, Şahsoltanlı, Yekəxana, Qaraməryam, Qarayazı, Bıgır, Qarabaqqal, Cəyirli, Hacalıkənd, Çayarxı, Çırkürd, Çərəcə kəndləri daxildir.
 |
Göyçay şəhəri-öz adını sahilində yerləşdiyi Göyçay çayının adından almışdır. Göyçay sözü göy etnonimindən və çay hidronimindən ibarətdir. Göyçay çayı İsmayyıllı, Göyçay və Ucar rayonları ərazisindən axır. Göyçayın mühüm qolları Qaraçay, Əyriçay və Vəndamdır. Çayın hövzəsində Aşıqbayramlı və Yekəxana su anbarları yaradılıb. Göyçay rayonunun ərazisində bir sıra qədim yaşayış məskənləri olmuşdur. Onlardan biri Göyçayla Ağdaş rayonlarının sərhədində, dağ massivində yerləşən Surxay qalasıdır. Surxay qalasının yerləşdiyi dağın adı da maraqlıdır-Yanardağ. |
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab
Mansur Məmmədov rayon MKS-nin təşkil etdiyi
kitab sərgisində |
Rəvayətə görə Surxay qalası Surxay xan adlı bir qəbilə başçısı tərəfindən tikdirilmişdir. Yerli əhalinin söylədiyi bir əfsanədə isə göstərilir ki, bu mağaraya girən bütün canlılar izsiz- |
tozsuz yox olmuşlar. Bu dağa Yanardağ adı təsadüfü verilməmişdir belə ki, burada çıxan qazın alovlandığı mütəmadi olaraq müşahidə olunmuşdur.
Pir Azərbaycanda qədim inanc yerlərindən biridir. Qaqabaqqal kəndində, dağın döşündə yerləşən piri xalq arsında "Ziyil piri” adlandırırlar və belə hesab edirlər ki, bu pir dəri xəstəliklərini sağaldır.
Bir başqa ziyarətgah - “Çihar pir” Şəhadət kəndində yerləşir və yerli sakinlərin inancına görə yaşı bilinməyən bu qocaman çinar şəfa verir –sonsuzluğu sağaldır.
|