>>> "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" Ümummilli lider Heydər Ə.Əliyev >>>


Rəsul Rza (1910-1981) 1910-cu il mayın 19-da  Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Mənşə etibarı ilə tanınmış  Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır. Anası Məryəm poetik istedada malik olmuş, öz şeirlərini əzbər yadda saxlayırmış. Atasını   erkən itirmiş ,anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır. İbtidai təhsilini Göyçayda 1 saylı məktəbdə almışdır. Kiçik yaşlarından şer yazır,mahnı qoşurdu. 1924-cü ildən Göyçayın ictimai həyatında fəal iştirak edib. Göyçay şəhər kitabxanasında müdir (1924) ,həmkarlar klubunda gənclər bölməsinin müdiri(1925) işləyir, Tibilisidə Zaqafqaziya Kommunist Universitetinin kooperasiya şöbəsində təhsil alır (1926-1927). Bu dövrdə ilk şerini “Qiğılcım” almanaxında çap etdirir. “Dan ulduzu “jurnalında “Oğul qatili”, “Arvadbaz”, ”Dilarə “ hekayələri, “Yeni fikir” və “Zarya Vostoka “ qəzetlərində  bir  neçə şeri dərc olunur. 1930 –cu ildə Bakıya köçməsi  onun yaradıcılığında dönüs yaradır.  “Gənc işçi “ qəzeti redaksiyas;nda  tərcüməçi kimi işə düzəlir , məqalə,oçerk və şerlərini müntəzəm çap etdirməyə başlayır. “ Çapey “ adlı ilk şer kitabında olan “Bolşevik yazı “şeri ilə öz yaradıcılıq yolunu elan  edir. O Azərbayçan Elmi Tədqiqat İnsititunun aspiranturasında (1931-1933) , Moskvada  Kinomatoqrafiya İnstitutunda təhsilini davam etdirir (1934-1937) . Bakı kinostudiyasında  ssenari şöbəsinin rəisi (1937-1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1942-1944) , kinomatoqrafiya idarəsində rəis (1944-1946) , Azərbaycan SSRR kinomatoqrafiya naziri (1946-1949) , Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru , Ümumdünya Sülhü  Müdafiə  Komitəsi Rəyasət Heyətinin üzvü , Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri , SSRİ Yazıçılar  İttifaqı rəyasət heyətinin üzvü , “ Novosti “ Mətbuat Agentliyinin  Azərbaycan şöbəsi  idarəsinin sədri , Azərbaycan Respuplikasi Ali  Sovetinin (vıı çağırış) deputatı , Azərbaycan KP təftiş komissiyasının üzvü  seçilmiş, Lenin və SSRİ  Dövlət mükafatları komitəsinin  üzvü olmuşdur.Xidmətləri yüksək qiymətləndirilmiş , ona  fəxri adlar verilmiş, üç dəfə Lenin ordeni və medallarla təltif  edilmişdir. 1981 –ci il aprelin 1-də Bakıda vəfat etmiş , Fəxri Xiyabanda dəfn olunmuşdur. Bakı küçələrindən biri  onun adını daşıyır.

Əli Kərim   (1931-1969) Kərimov  Əli  Paşa  oğlu-şair, 1954-cü  ildən  Azərbaycan  Yazıçılar  Birliyinin  üzvü.  1931-ci  il  martın  22-də  Azərbaycanın  Göyçay  şəhərində  fəhlə  ailəsində doğulmuşdur. Orta  məktəbi  bitirdikdən  sonra  M. Əliyev  adına  Azərbaycan Dövlət  incəsənət  institutunun  teatrşünaslıq  fakultəsində  üç  il  təhsil  almışdır. (1949-1951). Sonra  Moskvada  M. Qorki  adına  Ədəbiyyat  institutunda  oxumağa göndərilmişdir. Buranı  fərqlənmə  diplomu  ilə  bitirmişdir (1951-1955). Əmək fəaliyyətinə  “Azərbaycan “ jurnalı  redaksiyasında  ədəbi  işçi  kimi başlamışdır.  Sonra  ömrünün  sonunadək  poeziya  şöbəsinə rəhbərlik  etmişdir. Bədii   yaradıcılığa  1948- ci  ildən “ Azərbaycan  pioneri “ qəzetində  çap  etdirdiyi  “ Təzə  müəllim “  şerilə  başlamışdır. Sonra  dövri  mətbuatda  müntəzəm  çıxış  etmişdir. 1957- ci  ildə  Moskvada  keçirilən  gənclərin  və  tələbələrin VI  ümumdünya  festifalında  “ilk  simfoniya” poeması  mükafata  layiq  görülmüşdür. 1969-cu  il  iyunun  30-da  Bakıda  vəfat  etmiş , Göyçayda  dəfn  olunmuşdur.  Orada  büstü  qoyulmuşdur.

Qantəmir. 1888-ci ildə Göyçay  Şəhəri yaxınlığında Potu kəndində doğulmuşdur. İbtidai təhsilini mədrəsədə , orta  təhsilini dövrün mütərəqqi  fikirli maarifpərvər ziyalılarından İbrahim Həqqinin yeni üsulda  açdığı rus- müsəlman məktəbində almışdır. Ağdaş, Göyçay rayonlarında müəllimlik etmişdir. Bir müddət Göyçayda “İqbal “ məktəbinin müdiri olmuş, məhz həmin vaxtlar “Təzə həyat “ , “Tərəqqi “ və s. qəzetlərdə elmi – pedaqoji məqalələrlə  çıxış etmişdir. M. Ə. Sabir və A.Səhhətlə şəxsən tanışlığı və görüşü  ona ciddi  təsir bağışlamışdır. Türkiyənin İstanbul Universitetinin tarix-filologiya fakultəsinin bitirmişdir. 1916-cı ildə “Nəşri- maarif” cəmiyyətinin dəvəti ilə Qubaya gedib yeni üsullu məktəbin açılmasında iştirak etmiş, həmin məktəbdə əvvəlcə müəllim, sonra direktor vəzifəsində çalışmışdır. Bakı Ali Pedaqoji İnstitutu nəzdində fəaliyyət göstərən “Şaiq” məktəbinə rəhbərlik etmişdır.Onun əsərlərində yeni həyat  tərənnüm olunur,ictimai tərəqqiyə mane olan köhnəlik və azadlıq düşmənləri kəskin satira atəşinə tutulur. 1944-cü ildə vəfat etmişdir.

Ənvər  Məmmədxanlı.
1913-cü  il   fevralın   29-da  Azərbaycanın  Göyçay  şəhərində  doğulmuşdur. Burada  ibtidai  məktəbi  bitirdikdən  sonra  Bakıda  N.Nərimanov  adına  sənaye texnikumunda  təhsil  almışdır (1926-1931). Sonra  Bakıda  mexaniki  zavodda, energetika  və  elektrikləşdirmə  idarəsində  texnik, Azərbaycan  Neft  İnstitutunəzdində  olan  elmi-tədqiqat  institutunda  texnik-elektrik  işləmişdir (1931-1934). Azərnəşrin  bədii  şöbəsində  redaktor və  tərcüməçi (1934-1936), Moskvada Ali  Kinematoqrafiya  İnstitutunda  müdahin (1936-1938), “Azərbaycanfilm“ Kinostudiyasında   ssenari  şöbəsinin  rəisi (1941-1942), İkinci  Dünya  müharibəsi dövründə  cənub- qərb  cəbhəsində “Qızıl  Ordu“ cəbhə  qəzetinin  Azərbaycan redaksiyasının  xüsusi  müxbiri  olmuşdur.1942-ci  ilin  axırlarında  bir  qrupAzərbaycan  yazıçısı ilə  Şimali Qafqaz  cəbhəsində,416-cı  diviziyada  olmuşdur. Ədəbi  fəaliyyətə  1930-cu  illərdən  başlamışdır. “Şərqin  səhəri” (1947), “Od  içində “ (1951) pyesləri  və  “Şirvan  gözəli “ (1957) lirik  komediyası  tamaşaya qoyulmuşdur. Onun  ssenariləri  əsasında  “Bəxtiyar“  kinonovellası, “Fətəli  xan”,“Məhəbbət  dastanı”, “Babək”  bədii  filmləri  çəkilmişdir. 1990-cı  il  dekabrın  19-da  Bakıda  vəfat  etmişdir. Fəxri  xiyabanda dəfn olunmuşdur.

İbrahim  Göyçaylı

1936-cı   il  noyabrın  12-də  Azərbaycanın  Göyçay   rayonunun  Alı  kəndində  anadan  olmuşdur. Dörd  yaşında  ikən  ailəciklə  Göyçay  şəhərinə  köçmüşlər. Burada  orta məktəbi  bitirdikdən  sonra   ADU-nun  filologiya   fakultəsində  təhsil  almışdır  (1953-1958). Fakultənin  “Filoloq”  adlı  divar  qəzetinin  redaktoru  olmuşdur. “Avtomobil nəqliyyatçısı”  qəzetinin  xüsusi  müxbiri  kimi   fəaliyyətə  başlamışdır. “Azərnəşrdə“ redaktor,  “Mədəni  ticarət“ və “Za – kulturnuyu   torqovlyu“  qəzetləri  redaksiyasında baş  redaktor  işləmişdir.  Ədəbi  yaradıcılığa  1957-ci  ildə “Gəncliyin  səsi“ almanaxındaçap  olunan  “Qəlbimə həkk  etdim  sənin  səsini“, “Sarı  sim“  şerləri  ilə  başlamışdır.
Şerləri  rus, gürcü, özbək, türkmən,  tatar,  litva  dillərinə   tərcümə  edilmişdi.

Arif  Sirac  oğlu  Məmmədov.
1927-ci  il  dekabrın  15-də  Göyçay  rayonunun  Kürdşəban  kəndində  anadan  olub. Təhsilini   Bakıda  190 saylı  orta  məktəbdə  alıb. A D U-nun  şərqşünaslıq  fakültəsinin fars  bölməsini  bitirib. Moskvada  Qorki  adına  Dil  və  Ədəbiyyatı  İnstitutunun  aspiranturasında  təhsil  aldıqdan  sonra  dissertasiya  müdafiə  edib  filologiya  elmləri namizədi  alimlik  dərəcəsinə  yiyələnib. O “Azərbaycan  poeziyasının  musiqi  ilə  qarşılıqlıəlaqəsi  problemləri“  mövzusunda  doktorluq  disertasiyasınıda  müdafiə  etmişdir.
O,  iki  yüzdən  çox  elmi  tədqiqat  əsərinin  müəllifidir. 1985-  ci  il  dekabrında  vəfat etmişdir.

Əli  Səmədli  1930-cu il sentyabr;n 1-də Azərbaycanda Göyçay  rayonunun  Mallı Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Göyçay şəhərində 1 saylı orta məktəbi  bitirdikdən sonra M. Əliyev adına Azərbaycan  Dövlət İncəsənət İnstitunun teatrşünaslıq fakültəsində  təhsil almışdır.(1948-1953). Əmək  fəaliyyətinə  Pirallahı adasındakı  fəhlə  yataqxanasında  tərbiyəçi-müəllim  kimi  başlamışdır  (1953). Sonra  Azərbaycan  Mədəniyyət  Nazirliyində inspektor, respublika  kinoprokat Idarəsində  rəis  müavini, Azərbaycan  Kinomatoqrafçılar  ittifaqında  sovet  incəsənətinin  təbliği  bürosunun  direktoru, M. Əliyev  adına  Dövlət  incəsənət  institutunda müəllim, “ Azərbaycan pioneri” qəzeti  redaksiyasında  ədəbiyyat  və  incəsənət şöbəsinin  müdiri  olmuşdur (1954-1973),  Azərbaycan  Dövlət  Televiziya  və  Radio Verlişləri  redaksiyasında  redaktor (1973-1987), radionun  uşaq  verlişləri  şöbəsindəredaktor (1987-2000)  işıəmişdir. Hazırda  Azərbaycan  Yazıçılar  Birliyində  uşaq ədəbiyyatı  bölməsinin  rəhbəridir. Ədəbi  yaradıcılığa  1959-cu  ilin  mayında  “Ədəbiyyat və  incəsənət “  qəzetində  çap  olunan “ Unuda  bilmirəm “ adlı  ilk  hekayəsi  ilə başlamışdır. Bundan  sonra  dövri  mətbuatda  hekayələrlə  müntəzəm  çıxış  edir. Onun 36  səhnə əsəri  vardır. Bunlardan  “Artıq  tamah  baş  yarar“, Hərənin  bir  ulduzu“, “Kibrit çöplərinin  macərası“, “Sehrli  xalça “nağıl- pyesləri,“ Sarıtel  xanım“ komediyası, “Əzablı günlərin  sonu“,  “Atalar  və  oğullar“, “Generalın  uşaqlığı“, “Ölüm  hökmü“, “Qanlı  bənövşə“  pyesləri   respublika  dövlət  teatrlarında  tamaşaya qoyulmuşdur. “Artıq  tamah  baş  yarar “  nağıl- pyesi  1964-1988 –ci  illərdə  A.Şaiq  adına  DövlətKukla  Teatrında  250  dəfə  tamaşaya  qoyulmuşdur. Əsələri  xarici  ölkə  xalqlarının dillərinə  tərcümə   olunmuşdur.Göyçayda  “Arvan”  adlı  kitabxana-  muzey  açmışdır. həmin  kitabxanaya  on  beş  mindən  artıq  kitab: yüzlərlə - etnoqrafik  əşya, rəssam  vəheykəltəraşlıq  əsərləri  hədiyyə  etmişdir.Eyni  zamanda  qədim  Dərbənd  şəhərində “Şirvan”  adlı  kitabxana – muzey  yaratmışdır. Məkkədə  Müqəddəs  Həcc  ziyarətindəolmuşdur  (1997). 

İsgəndər  Coşqun. 1927-ci  ildə  Göyçay  şəhərində  fəhlə  ailəsində  doğulmuşdur. Burada  orta  təhsil  alandan  sonra  Bakıda  M.A.Əliyev  adına  Teatr  İnstitutunun teatrşünaslıq  fakultəsinə  daxil  olmuşdur. Həmin  il  “Mavzoleydə “ adlı  ilk  mətbu şeri “Ədəbiyyat  və  incəsənət“  qəzetində  çapdan  çıxmışdır.
1952- ci  ildə  Moskvada
M.Qorki  adına  Ədəbiyyat  İnstitutunun  poeziya  şöbəsinə  daxil  olmuş, 1955-ci  ildə oranı  bitirmişdir. 1962-ci  ildən  M.Qorki  adına  Azərbaycan  Dövlət  Gənc  Tamaşaçılar Teatrında  ədəbi  hissə  müdiri  işləmişdir.
“Bakı  komissarları”  pyesi  tamaşaya  qoyulmuşdur (1986). 1996- cı il dekabrın  10-da  vəfat  etmişdir.

Göyçay rayonu haqqında ətraflı
Göyçay rayonu haqqında İnternet mənbələri

Abidələrimiz
Görkəmli şəxsiyyətlər
Çinarlı şəhərin generalları
Ölümsüz qəhrəmanlarımız
Göyçay xəritələrdə
Göyçay statistik rəqəmlərdə
Göyçayın narı gözəl
Ənənəvi nar bayramı

Göyçay rayon Məhkəməsi
Göyçay Konyak Zavodu
Göyçay Telekommunikasiya  Qovşağı
Göyçay Regional Məsləhət Mərkəzi
Göyçay rayonunun sosial-iqtisadi inkişaf Proqramı (2004-2008-ci illər)
Göyçay ensiklopedik mənbələrdə

2010 - Göyçay rayon MKS