>>> "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" Ümummilli lider Heydər Ə.Əliyev >>>


1. Nizami   Gəncəvi.  Leyli  və  Məcnun.  Bakı  “Lider  nəşriyyat “, 2004,  288 s.
“ Leyli  və  Məcnun “  “ Xəmsə “ nin  3- cü  poemasıdır.  Nizami  Gəncəvi   bu  qədim 
məhəbbət  əfsanəsinə  ustad  qələmi  ilə  bəzək  vurmuş , onu  bədii  yüksəkliyə  qaldırmışdır. Şairin  yaratdığı  bu  məhəbbət  dastanı  dünya  ədəbiyyatı  xəzinəsinin
ən  qiymətli  incisinə  çevrilmişdir.
2.Axundzadə  Mirzə  Fətəli. Əsərləri. Üç  cilddə. I  cild. Bakı, “ Şərq- Qərb “, 2005, 296 səh.
Əsərlərinin  I cildinə  mütəfəkkir  sənətkərın  bədii  irsi- 1850-1855 – ci  illər  arasında  yazdığı   altı  komediya , həmçinin  1856- cı  ildə  qələmə  aldığı  “Aldanmış  kəvakib “povesti  və  şerləri  daxil  edilmişdir.
3.Məmmədquluzadə  Cəlil.  Əsərləri . Dörd  cilddə. I  cild.  Bakı , “Öndər  nəşriyyat “,  2004 .  664  səh.
Görkəmli  Azərbaycan  yazıçısı , Azərbaycan  ədəbiyyatında  “ Molla  Nəsrəddin “
ədəbi  məktəbinin  və  tənqidi  realizmin  banisi ,  “Molla  Nəsrəddin “  jurnalının  naşiri  və  redaktoru  Cəlil  Məmmədquluzadənin  ( 1869-1932 ) əsərlərinin  birinci
cildinə  ədibin  nəsr , dram  əsərləri , şeirləri  və  tərcümələri  daxil  edilmişdir.
4. Heydər  Əliyev.  Müstəqillik  yolunda
5. F. Mustafa.  Teatr  meydanı
6. Fazil  Güney. Qara  qan.  Roman  sevgi  və  ismət   sınağı   ilə  qarşı-  qarşıya  qalmış Aysunun  əsirliyi  fonunda  Qarabağ  savaşının  geniş  dərin  mənzərəsini ,  anlamını      verir. Oxuculara  romanın  birinci  kitabı  təqdim  olunur.
7. Kitabi- Dədə  Qorqud .  Əsil  və  sadələşdirilmiş  mətnlər.  Bakı ,  “ Öndər  nəşriyyat; 2004 ,  376  səh.
“Kitabi-Dədə Qorqud dilimizin.ədəbiyyatımızın,  dastan yaradıcılığımızın,  ümumiyyətlə  mədəniyyətimizin  tarixini  öyrənməkdə  böyük  əhəmiyyətə  malikdir. Bu  nəşrdə  Dədə  Qorqud  iki  variantda-  orjinala  tam  uyğun  və  müasirləşdirilmiş  şəkildə  verilir.
8. Çingiz  Abdullayev. Əclafların  qanunu.  Roman.- Bakı:, “ Zaman  nəşriyyatı.- 304  səh.

Göyçay rayonu haqqında ətraflı
Göyçay rayonu haqqında İnternet mənbələri

Abidələrimiz
Görkəmli şəxsiyyətlər
Çinarlı şəhərin generalları
Ölümsüz qəhrəmanlarımız
Göyçay xəritələrdə
Göyçay statistik rəqəmlərdə
Göyçayın narı gözəl
Ənənəvi nar bayramı

Göyçay rayon Məhkəməsi
Göyçay Konyak Zavodu
Göyçay Telekommunikasiya  Qovşağı
Göyçay Regional Məsləhət Mərkəzi
Göyçay rayonunun sosial-iqtisadi inkişaf Proqramı (2004-2008-ci illər)
Göyçay ensiklopedik mənbələrdə

2010 - Göyçay rayon MKS