>>> "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" Ümummilli lider Heydər Ə.Əliyev >>>
Kitabxana haqqında


Göyçay rayon MKS-nin tərkibində 63 kitabxana və kitabxana filialı fəaliyyət göstərir. Bunlardan 1 mərkəzi, 2 uşaq kitabxanası, 2 şəhər kitabxana filialı, 1 gənclər kitabxanası, 57 kənd kitabxanası fəaliyyət göstərir.

Həmin müəssisələrdə 142 kitabxana işçisi çalışır. Bunlardan 16 nəfəri ali təhsilli, 84 nəfəri orta ixtisas təhsilli, 42 nəfəri orta təhsillidir.

Rayon üzrə 2008-ci ildə kitab fondu 398 min 542 nüsxə  olmuşdur.
2009-cu ildə yeni daxil olan nəşrlərin sayı 2 min 464 nüsxə olmuşdur. Oxucuların sayı  2009-cu ildə 35 min 720 nəfər olmuşdur. Kitab verilişi 2009-cu ildə 730654 nüsxə olmuşdur. 

Göyçay rayon mərkəzi kitabxanası 1923-cü ildən fəaliyyət göstərir. Kitabxana M.Ə.Sabirin adını daşıyır.
Şəhərin əhalisinə xidmət sistemində mərkəzi şəhər kitabxanası xüsusi yer tutur.

Mərkəzi şəhər kitabxanası şəhərin daha iri kütləvi dövlət kitabxanasıdır. Bu kitabxana öz kitab fondunun xarakter və tərkibinə şəhər əhalisinin bütün təbəqələrinin daha yüksək tələblərinə kitaba xidmət işinə istiqamətləndirmişdir.

Bu kitabxana rayonun mərkəzi dövlət kitabxanası olub yerli əhaliyə, idarə və təşkilatlara, ümumtəhsil məktəblərinə kitabla və biblioqrafik materiallarla xidmət etmək işini həyata keçirir.

Rayon kitabxanasının əsas vəzifəsi dövlətin siyasətini tətbiq etmək, kitab, jurnal, qəzetlərin, habelə elektron informasiya daşıyıcılarının köməyi ilə elm, texnika, mədəniyyət və incəsənətin bütün sahələrindən məlumat almaq işində rayon əhalisinə, oxuculara kömək etmək, rayonda kitabxana işinin inkişafına və möhkəmləndirilməsinə kömək etməkdir.
Kitabxana xidməti abonement,qiraət zalı, kitabxanalararası abonement və biblioqrafiya işi, elmi-texniki  informasiya, fərdi və kütləvi, şifahi və yazılı vasitələrlə təşkil edilir.

Göyçay rayonu haqqında ətraflı
Göyçay rayonu haqqında İnternet mənbələri

Abidələrimiz
Görkəmli şəxsiyyətlər
Çinarlı şəhərin generalları
Ölümsüz qəhrəmanlarımız
Göyçay xəritələrdə
Göyçay statistik rəqəmlərdə
Göyçayın narı gözəl
Ənənəvi nar bayramı

Göyçay rayon Məhkəməsi
Göyçay Konyak Zavodu
Göyçay Telekommunikasiya  Qovşağı
Göyçay Regional Məsləhət Mərkəzi
Göyçay rayonunun sosial-iqtisadi inkişaf Proqramı (2004-2008-ci illər)
Göyçay ensiklopedik mənbələrdə

2010 - Göyçay rayon MKS