1. Abonoment
2. Oxu zalı
3. Metodiki işlərin təşkili
4. Məlumat-biblioqrafiya şöbəsi
5. Komplektləşdirmə və kitabişləmə
6. Səyyar şöbə
Abonoment şöbəsi
Bu şöbə rayonumuzun ərazisində yerləşən bütün oxucu qruplarına xidmət göstərir. Şöbədə açıq rəf üsulu ilə oxucuların kitab fondundan asan və geniş istifadəsi üçün şərait yaradılmışdır.
Abanoment şöbəsi həm əlamətdar və tarixi günlərə dair, həm də yeni kitabların sərgilərini keçirir.
Kitab fondu: 27626
Azərbaycan dilində 15861
Latin dilində 6053
Kiril dilində 9808
Rus dilində 11765
Xarici dilində 48
Məlumat-biblioqrafiya şöbəsi:
Bu şöbənin işçiləri MKS-yə daxil olan dövrü mətbuatın bibloqrafik təsvirini aparır.
Mövzu kartatekaların yeni materiallarla zənginləşdirir.
Şöbə yeni kitabların bibloqrafik icmallarını təşkil edir, tövsiyyə ədəbiyyat siyahılarını tərtib edirlər.
Şöbədə diyarşünaslığa dair kartatekalar, tövsiyyə siyahıları və digər materiallar toplanmışdlr.
Oxu zalı.
Oxu zalı 30 nəfərlik yerdən ibarətdir. Burada 5 illik dövrü mətbuat və köməkci kitab fondu oxuculara xidmət edir. Oxu zalından bütün oxucu qrupları istifadə edir. Kitab fondunu əsasən elmi kitablar, dərsliklər, ensiklopediyalar və lügətlər təşkil edir.Oxu zalında Mərkəzi kitabxananın bütün tədbirləri kecirilir.
Kitab fondu 1127
Latın qrafikası 364
Azərbaycan dilində 1091
Kiril qrafikası 727
Rus dilində 36
Xarici dildə 3
Metodiki işlərin təşkili şöbəsi.
Şöbə MKS-nin bütün bölmələrinin tənzimləyicisidir.
MKS-nin bölmələrinin işini təhlil edir, qabaqcıl iş təcrübəsini öyrənir və kitabxanada tətbiq edir.
Metodiki məktublar və tövsiyələr hazırlayır. Ayda bir dəfə kitabxana işcilərinin seminarlarını təşkil edir.
MKS-nin bölmələrinin plan və hesabatlarını dolgun aparılmasını təmin edir.
Kitab fondu 50
Azərbaycan dilində 42
Rus dilində 8
Komplektləşdirmə və kitabişləmə şöbəsi.
Bu şöbə 1975-ci ildə yaradılıb. Yaranan gündən bu şöbə komplektləşdirmə,ədəbiyyatın silinməsi və kataloqların tərtibi məsələsi ilə məşgul olur.
MKS-nin şöbə və filiallarını əlifba və sistemli kataloq kartockaları ilə təmin edir. Sistemin baş, əlifba, sistemli və adına kataloqda Komplektləşdirmə və kitabişləmə şöbəsində hazırlanır.
Həmcinin bu şöbə MKS-nin bütün struktur bölmələrinə dövrü mətbuata abunə yazılmasını təmin edir.
Vahid fondun təşkili və KAA şöbəsi.
Bu şöbə MKS-nin şöbə və filiallarını, kitab fondlarının təşkil olunması və mühafizəsini təşkil edir. Şöbə kitabxananın fondlarında artıq nüsxələrindən və yararsız kitablardan təmizlənməsinə, fondda olmayan kitabların başqa kitabxanalardan alınıb oxucuya catdırılmasına çalışır.
Kitab fondu 8381
Azərbaycan dilində 5760
Rus dilində 2613
Kiril qrafikası 5235
Latın qrafikası 533
Səyyar şöbə.
Bu şöbə daimi kitabxanası olmayan müəssisə və təşkilatlarda öz məntəqəsini təşkil edir. Səyyar məntəqənin açıldıgı müəssisə ilə öz müqaviləsini baglayır. Ayda iki dəfə kitabları dəyişdirir. Tələb olunan kitablar ayrı-ayrı kitab fondlarından götürülərək ödənilir.Kitabların verilməsi kitabxana qaydası ilə aparılır.

Uşaq kitabxanaları.
MKS-nin uşaqlara iki kitabxana filialı xidmət göstəri.
Uşaq kitabxanaları rayonumuzun məktəb yaşlı uşaqların dünyagörüşünün formalaşmasının, onlarda vətənə, xalqa məhəbbət hissi ilə böyüməsində vəzifə borclarını məsuliyyətlə yerinə yetirirlər.
Burada uşaqlar yaş xüsusiyyətinə görə qruplaşdırılır.
I- IV siniflər.
V-VIII siniflər.
IX-XI siniflər