>>> "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" Ümummilli lider Heydər Ə.Əliyev >>>
Arvan kitabxana-muzey


Arvan  uşaq   kitabxana  - muzeyi  1995-ci  il  dekabr  ayının  22- də  uşaq  yazıçısı  və  dramaturq   Əli  Səmədli  tərəfindən   yaradılmış  və  rayonumuzun  uşaq  oxucularına  hədiyyə  edilmişdir.

Əli  Səmədli  öz  şəxsi  kitabxanasında  olan  kitabları ,  qiymətli  rəssamlıq və  heykəltəraşlıq  əsərlərini , tarixi  etnoqrafiq  eksponatlarını  bu  kitabxanaya bağışlamışdır.

Bu  rəsm  əsərlərinin  içində  S. Bəhlulzadənin,  G.  Mustafayevin , Minayənin  rəsm  əsərləridə  vardır.

Əli  Səmədli “Arvan“ kitabxanası  yaradılandan  ömrünün  sonuna  qədər hər il kitabxanada gənc  istedadların  üzə  çıxarılması ,  məktəblilərin  kitabxanadan   daha  fəal istifadə  etməsinə  kömək  üçün ,  onları  həvəsləndirmək  məqsədi  ilə  müsabiqə  təşkil  edirdi. “ Kitabı  sevirik “ adı  ilə  təşkil  edilən  müsabiqə  hər  il  mart  ayının   18-  də keçirilirdi. 
Arvan  uşaq  kitabxana- muzeyində  hər  il  Göyçaylı   şair  və  ziyalıları  ilə  görüşlər, əlamətdar  tarixi  günlərə  aid  tədbirlər  keçirilir.
Hər  il  “Gənc  istedadlar“ adı   ilə həvəskar   şairlərin   yazdıqları  şerlərin  ucadan  oxunması  təşkil  edilir.

Bacarıqlı  əllər  adlı  həvəskar  rəssamların  əsərlərindən  ibarət  sərgilər  təşkil  edilir.
Arvan  uşaq  kitabxana- muzeyinin  fondu  geniş  və  zəngindir. Kitabxananın  fondunda  5200  kitab  vardır.


Göyçay rayonu haqqında ətraflı
Göyçay rayonu haqqında İnternet mənbələri

Abidələrimiz
Görkəmli şəxsiyyətlər
Çinarlı şəhərin generalları
Ölümsüz qəhrəmanlarımız
Göyçay xəritələrdə
Göyçay statistik rəqəmlərdə
Göyçayın narı gözəl
Ənənəvi nar bayramı

Göyçay rayon Məhkəməsi
Göyçay Konyak Zavodu
Göyçay Telekommunikasiya  Qovşağı
Göyçay Regional Məsləhət Mərkəzi
Göyçay rayonunun sosial-iqtisadi inkişaf Proqramı (2004-2008-ci illər)
Göyçay ensiklopedik mənbələrdə

2010 - Göyçay rayon MKS